Sənin qara gözünün vurğunuyam
Şirin şirin sözünün məftunuyam
Bəlkə də mən dəli şair deyiləm
Sevgilimin özünün məcnunuyam
Mən həsrət intizardayam yar Allah bilir harda
Sevirsə bir gün gələcək qoymaz aşiqi darda
Hey baxacam boylanacam o yar gələn yollara
Gəlməsəndə gözləyəcəm mən bu boranda qarda
Gəl sənin əllərini tutum buraxma ay qız məni
Mən ki sənin aşiqinəm saxlama yalnız məni
Sənin yanındadır mənim xəyallarım hər zaman
Daha bu qədər naz eləmə sevirsən onsuz məni